"Müəyyən mənada 700 bal toplayan buna təsadüf nəticəsində nail olur" - Təhsil eksperti imtahan nəticələri haqda danışdı

“Müəyyən mənada 700 bal toplayan buna təsadüf nəticəsində nail olur” – Təhsil eksperti imtahan nəticələri haqda danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirildi. 2 abituriyent maksimum nəticə əldə edərək 700 bal topladı.

A24.Az xərbər verir ki,  təhsil eksperti Kamran Əsədov nəticələri şərh edərkən bildirib ki,  indiki 700 bal toplayanlar əvvəlki rekordçular deyil. “Aprel ayında ll və lll qruplar üzrə keçirilən qəbul imtahanlarında 3 nəfər maksimum nəticə əldə etmişdi və 700 bal toplamışdı. O vaxt ki, hələ tədris ili başa çatmamışdı.

Sonra DİM-in sədri hörmətli Məleykə xanım dedi ki, test tapşırığının səviyyələri eyni olacaq. Amma açıqlanan nəticələrdə məlum oldu ki, bu dəfə II və III qruplarda 2 nəfər maksimum nəticə əldə edib və 700 bal toplayıb. Maraqlıdır ki, indi 700 bal toplayan şəxlər əvvəlki rekordçular deyil. Belə çıxır ki, müəyyən mənada 700 bal toplayan buna təsadüf nəticəsində nail olur”.

Ekspert bildirib ki,  30 apreldə keçirilən qəbul imtahanlarında II ixtisas qrupundan 700 bal toplayan olsa da, indi yoxdur. “Bu dəfə yalnız III ixtisas qrupundan 2 nəfər 700 bal toplayıb.
Bütün hallarda, 2-ci imtahan nəticələri aşağıdır və bu da o deməkdir ki, keçid balı 150 olacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar