Müğənni haqqında cinayət işi açıldı

Müğənni haqqında cinayət işi açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur türk müğənnisi Sılanın 28 sentyabrda Bursada verəcəyi konsert şəhər rəhbərliyi tərəfindən təxirə salınıb.

A24.az-ın məlumatına görə, Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna 36 yaşlı müğənninin 7 iyulda İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi” barədə yazdıqları səbəb olub.

İfaçı sosial mediadakı hesabından “çevrilişə qarşıyam, amma şouya qatılmayacağam” yazmışdı.

Onun bu açıqlamasından sonra bursalı bir vətəndaş Sıla haqqında məhkəməyə şikayət ərizəsi verib. Türkiyə qanunlarına görə, “Xalqı kin və düşmançılığa təhrik etmək, Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və təşkilatlarını təhqri etməsi” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bir neçə gün öncə müğənninin 21 və 22 sentyabrda Harbiye səhnəsində verəcəyi konsert də təxirə salınmışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar