Mundiala 6 vəsiqə qaldı

Mundiala 6 vəsiqə qaldı
Want create site? Find Free WordPress Themes and plugins.

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək 32 komandadan 26-sı artıq məlumdur.

A24.az xəbər verir ki, daha 6 vəsiqənin sahibi yaxın günlərdə müəyyənləşəcək. Vəsiqələrdən 4-ü Avropa zonası, daha 2-si qitələrarası oyunların qaliblərinə qismət olacaq.

Artıq bu gün İsveçrə – Şimali İrlandiya və Yunanıstan – Xorvatiya görüşlərindən sonra DÇ-2018-in daha 2 iştirakçısı dəqiqləşəcək. Digər 4 qalib isə aşağıdakı təkrar pley-off matçlarından sonra bilinəcək:
13 noyabr. İtaliya – İsveç
14 noyabr. İrlandiya – Danimarka
15 noyabr. Avstraliya – Honduras
16 noyabr. Peru – Yeni Zelandiya

 

DÇ-2018-ə vəsiqəni təmin edən 26 komanda

Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar