Murad Dadaşovdan XƏBƏR VAR: Başına nə gəldiyi bilindi

Murad Dadaşovdan XƏBƏR VAR: Başına nə gəldiyi bilindi
Want create site? Find Free WordPress Themes and plugins.

Əməkdar artist Murad Dadaşov ötən gün “Maşın” reailiti-şosuna çıxmayıb.

A24.Az  axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib.

Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.

Şoumen əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də, əməliyyat olunub:

 “İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız, görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib. Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam”.

M.Dadaşov bu gün efirə qayıdacağını söyləyib:

“Ötən gündən mənə o qədər zənglər gəlir ki… Bu gün efirə çıxacam. Sırada olmalıyam. Olmayanda heç nə alınmır. Fürsətdən istifadə edib gələn bütün aparıcılara təşəkkür edirəm”.

Qeyd edək ki, şouda avtomobil uğrunda rəqqasə Oksana Rəsulova, aktyorlar islam Mehrəliyev və Elcan Rəsulov mübarizə aparır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar