Musa Musayev milyonçudan oğurluq edib - VİDEOFAKT

Musa Musayev milyonçudan oğurluq edib – VİDEOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Musa Musayev məhrum milyonçu Cənnət Əliyevin müəllifi olduğu “Təbriz” mahnısını oğurlayıb.

A24.az GoldNews.Az-a istinadən xəbər verir ki, M. Musayev SSRİ-nin ilk milyonçusu Cənnət Əliyevin “Təbriz” mahnısını mənimsəyib.  Belə ki, sözgedən mahnının ilk ifaçısı Cənnət Əliyevin qurduğu “Təbriz” korporativin nəznində fəaliyyət göstərən eyniadlı ansambl olub.

M.Musayev də həmin ansamblda gitara ifaçısı kimi işləyib. İllər öncə “Dalğa” verlişinin qonağı olan “Təbriz” ansamblı proqramda “Təbriz” mahnısını ifa edib. Aparıcı mahnıdan əvvəl elan edib ki, əsərin sözləri Hökumə Billuri və musiqisi isə korporativin sədri Cənnət Əliyevə aiddir.

Maraqlıdır ki, bu faktlar Musa Musayev də iştirak etdiyi verilişdə səslənib.

Sözügedən videonu sizə təqdim edirik.

Bu hadisədən illər sonra isə M.Musayev yenidən həmin “Təbriz” mahnısını ifa edib. Artıq bu dəfə mahnının musiqi müəllifi kimi öz adını qeyd edib. Bundan əlavə, Musayevin bu mahnıda akustik gitara ilə ifasına heç bir məna verə bilmirəm. Musayevin ifasında “Təbriz” mahnısının video görüntüsünü təqdim edirik. Musiqi və söz müəlliflərinə diqqət edin.

Qeyd edək ki, M.Musayev bu mahnı yenidən ifa etdiyi zaman eks-milyonçu Cənnət Əliyev bütün var-dövlətini itirmiş və psixiatriya xəstəxanasında müalicə alıqdan sonra türkəçarə ilə məşğul olurdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar