Müsəlman ölkəsinin hicablı qızları görənləri şoka saldı - VİDEO

Müsəlman ölkəsinin hicablı qızları görənləri şoka saldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İndoneziyada ortaya çıxan bir rok qrupu hamını heyrətə salıb. 

“A24.az” “moderator.az”a istinadən  xəbər verir ki, 2014-cü ildə yaranan bu musiqi qrupu Yavada tanış olan  hicablı 3 məktəbli qızdan ibarətdir. Qrupun gitara ifaçısı və vokalı Firdda Kurnia, musiqilərini Müsəlman qadınların üzləşdiyi təzyiqlərə qarşı bəstələdiklərini bildirib.

16 yaşlı Kurnia “Rok musiqisi çox üsyançıdır və mən bu musiqini ilk eşitdiyim andan bəri çox sevirəm” deyir. 250 milyonluq əhalisinin 90 faizi müsəlman olan İndoneziyada gündən-günə populyar bir hala gələn musiqi qrupu “Voice of Baceprot” dünya gündəmində olduqca böyük səs-küyə səbəb olub. Adı “Gurultulu səs” mənasına gələn musiqi qrupunun ən diqqətçəkici xüsusiyyəti isə hicablı 3 gənc qızdan ibarət olmasıdır.

Uzun perspektivdə ABŞ və Avropada konsert verməyi düşünən qrupun təhsil aldığı məktəbin direktoru Məhəmməd Sholeh də, “Hicablı qızların nəinki rok musiqisi ifa etməsi,hətta qışqırması belə tez-tez rast gəlinən bir şey deyil. Amma burada dinlədiyimiz musiqi, həqiqətən çox gurultuludur” deyə ifadə edib. Digər tərəfdən ölkədəki yüksək səviyyəli bir din xadimi, gənc qızların ifa etdiyi musiqini dəstəklədiyini və İslama qarşı bir hücum olaraq görmədiyini açıqlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar