img_5547

Mustafa Məstur Bakıda oxucularla görüşdü – FOTOLAR

img_5547Məşhur İran yazıçısı Mustafa Məstur Bakıda oxucularla görüşüb. Görüş AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub. Tədbirdə yazıçının “Qloballaşma dövründə ədəbiyyat” mövzusunda mühazirəsi dinlənib. Daha sonra yazıçı iştirakçıların suallarını cavablayıb. Tədbirdə qeyd olunub ki, “Tanrının ay üzündən öp” kitabından əlavə yazıçının digər əsərləri də ardıcıl olaraq dilimizdə nəçr olunacaq. Sonda isə “Tanrının ay üzündən öp” romanının imza mərasimi keçirilib.
Son 100 il İran ədəbiyyatının 10 ən sevilən yazıçılarından biri hesab olunan Mustafa Məsturun əsərləri 20-dən çox dilə tərcümə edilib. Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri “Tanrının ay üzündən öp” romanıdır. Roman nəşr olunduğu gündən oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olub. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş əsər müəllifə “Golden pen” mükafatı qazanıb.

Sərdar Amin, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR