586cdd64c03c102f0408733c1483531143

Müxalifət partiyasında ŞOK istefa – Sədr müavini partiyadan getdi

Türkiyənin ana müxalifət partiyalarından birində səs-küylü istefa baş tutub. A24.Az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Attila Kaya tutduğu vəzifədən istefa verib.

Sədr müavini Kaya yazılı açıqlamasında MHP lideri Dövlət Bağçalının konstitusiya dəyişikliklərinə “hə” deyəcəyi üçün belə bir qərar verdiyini bildirib.

Prezident üsul-idarəsinin əleyhinə olan A. Kaya ikiüzlü davrana bilməyəcəyini vurğulayıb.

Millət vəkili Atilla Kaya partiyada sıravi üzv kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, A. Kayanın qarşı çıxdığı qanun layihəsi bu ilin əvvəlində parlamentin müzakirəsinə çıxarılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR