Muxtar Maniyev xəstəxanadan evə buraxılıb

Muxtar Maniyev xəstəxanadan evə buraxılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

“A24.az” xəbər verir ki, M.Maniyevin ailəsindən APA-ya verilən məlumata görə, aktyorun səhhəti stabilləşib: “Dünən həkimlər məsləhət gördü ki, ev şəraitində müalicəsi davam etdirilsin. Vəziyyəti ümumən qənaətbəxşdir, huşu özünə gəlib. Bu yaşda ona xəstəxanada qalmaq çətindir. Nə müalicə lazımdırsa, evdə olunacaq”.

Qeyd edək ki, M.Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Xalq artisti M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar