Müxtəlif şəraitlərdə sağ qalmaq üçün 5 məsləhət - FOTOLAR

Müxtəlif şəraitlərdə sağ qalmaq üçün 5 məsləhət – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Keçmiş hərbçi Abuzər Əbilov müxtəlif şəraitlərdə sağ qalmağın yollarından yazıb.

A24.Az həmin üsulları sizə təqdim edir:

Meşədə

Ərzaq olmadıqda bütün ilanlar (su ilanından başqa), kərtənkələlər, qurbağalar yeməlidir. Özəlliklə də qurbağaların arxa ayaqları…

Çaylarda

Əgər çayı üzüb, keçmək lazımdırsa, o zaman geyimlərinizə diqqət edin ki, yaş paltar və ləvazimatlarınız  üzməyinizə mane olmasın. Düymələrinizi açın, ciblərinizi tərsinə çevirin, kəmərinizi boşaldın, çəkmələrinizi çıxarıb, kəmərinizə taxın.

Səhralıqda

Səhrada heç vaxt soyunmayın, paltar tərinizin buxarlanmasının qarşısını alır və bədəniniz qurumur. Çalışın hansısa istiqamətə doğru gecə hərəkət edin. Gündüz isə əldə etdiyiniz vasitələrlə kölgəlik qurub yatın.

Şaxtada

Əgər şaxtada isinməyən yerdə oturmusunuzsa (Məsələn xarab olmuş maşında) yadda saxlayın ki, ayaqlar bədəndən daha tez donmağa başlayır. Bu səbəbdən ayaqqabılarınızı çıxarıb, ayaqlarınıza isti əlcək geyinin və onları qalın yun geyimə bükün. Tez-tez ayaqlarınızı hərəkət etdirin ki, qan hərəkətdə olsun. Donan əllərinizi, qoltuq altında isidin. Hər 15 dəqiqədən bir hərəkət edin. Üzünüzü əllərinizlə bərk silin ki, qan dövran etsin. Əgər qar uçqununun altında qalıb, şüurunuzu itirməmisinizsə, qar tozunun ciyərlərinizə daxil olmaması üçün ağzınızı şarf və ya parça ilə bağlayın. Hərəkət edin. Bu həm sizi üstünüzdəki qar kütləsindən qoruyur həm də üzünüzün və ya başqa açıq yerinizin istisindən əriyən qarın buzlaşmasına mane olur.

Göllərdə

Sahildə çala qazın və ora göldən kiçik arx çəkin. Balıqlar hər zaman macəra axtarmaq üçün arx kimi yerlərə gəlir. Bu zaman çalaya düşən balığı tutmaq asandır. Lakin bunu edəndə arxı bağlayın ki, balıq geri üzməsin. Su üzərində balığı görəndə, onu uzun ağac budağı ilə vurun. Zərbə ona dəyməsə də, ağacın yaratdığı dalğa qısa müddətdə suyun üzünə çıxacaq. Göllərdə olan xərçəng və krevetkalar da yeməlidir və bol kalori mənbəyidir.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar