Nadir Qafarzadə qəza keçirib

Nadir Qafarzadə qəza keçirib
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Nadir Qafarzadə yol qəzası keçirib.

A24.az xəbər verir ki, sənətçi baş verən hadisə ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Hadisə dünən axşam saatlarında Nabrandan Bakıya qayıdarkən baş verib. Rusiya dövlət nişanlı “Moskviç” markalı avtomobillə toqquşdum. Günah onda oldu. Çünki qayda pozuntusuna yol verərək, dönmə nişanı olmayan yerdən manevr etdi. Mən də arxadan onu vurdum, avtomobili çox pis zədələndi. Onun maşınını evakuatorla Bakıya gətirdilər. Həyat yoldaşım Sevinc maşında idi. Qəza baş verən anda xanımım şok keçirtdi. Hələ də hadisənin təsiri altındadır. Ona görə çox narahatam, amma şükür ki, salamatıq. Maşın dəmir parçasıdır, əsas odur ki, özümüzə heç nə olmadı”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar