Nadir xəstəliklərdən daha biri: Rəngli insan – VİTİLİQO

Dünyada elə xəstəliklər var ki, onlara tez-tez rast gəlinməsə də, mövcudluğu ilə daha çox diqqət çəkir. Ən çox da özünü vizual yöndən biruzə verən xəstəliklər bu kateqoriyaya aiddir. A24.Az xarici görünüşünə xüsusi diqqət edən insanların qorxulu yuxusu olan Vitiliqo xəstəliyi haqqında reportaj təqdim edir.

Bu xəstəlik hətta eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.Rəngli insan xəstəliyi Vitiliqo müalicəsi olan və orqanizmin ondan qorunması mümkün olan bir xəstəlikdir. Xalq arasında “Ala adam”, “Rəngli adam” xəstəliyi adıyla tanınan  Vitiliqo hər yaşda peyda ola bilər. Xəstəlik dərimizə rəng verən melanositlərin itkisi ilə meydana gəlir.

2c78862d-99e4-4e1e-ad37-6f35b9fba799

Melanosit hüceyrələri dəriyə rəng verən melanin piqmentini yaradaraq dəriyə rəng verir. Melanin pigmentinin istehsalında baş verən problemdən sonra dəridə təbaşir və ya süd rəngində  yumru və ya oval, kəskin yamağabənzər ləkələr yaranır. Bu fərqlilik nöqtə qədər kiçik, ya da ovuc içi qədər böyük ola bilər. Bədənin hər hansı bir hissəsi bundan təsirlənə bilər. Tez tutulan sahələr: üz, əllər, qollar, ağız ətrafı, qıçlar oynaq nöqtələri və genital bölgədir. vit-6

Vitiliqoya səbəb olan melanosit pozulmasının səbəbi tam olaraq bilinmir. Amma faktorlar kimi genetik pozğunluq, immunitet sistemindəki pozğunluq və psixoloji travmalar daha çox nümunədir. İmmun sistemində baş verən çaşqınlıq nəticəsində sistem melanositleri düşmən olaraq qəbul edir və məhv etməyə başlayır. vit-3

Sinir uclarından ifraz olunan kimyəvi maddələr melanositleri parçalayır və sıradan çıxarmağa başlayır.  Yuxu pozuqluğu, stress, psixoloji zədələr, vitamin əskikliyi, infeksiyalar, qızdırmalı xəstəliklər Vitiliqonun başlamasına səbəb ola bilər. vit-4

Vitiliqo əsas etibarilə psixoemosional əsəb gərginlikləri və stresslər, və ya neyroendokrin pozğunluqlar nəticəsində, yaxud da autoimmun pozğunluqları ilə əlaqədar qanda dövran edən autoantitellərin təsirindən meydana çıxır. Bütün bunlar isə melanositlərin destruksiyası və öz-özünə məhv olmasına gətirib çıxarır. Beləliklə, albinizmdən fərqli olaraq vitiliqo zamanı melanositlər özləri məhv olurlar.

On a visit to StoryCorps, Cheri Lindsay, 25, and Phillip Lindsay, 52, discussed a rare skin condition they share, and how they both have coped.

Dəridə inkişaf edən rəng itkisi bəzən insanlarda stress yaradaraq yuxu pozuqluğu və sairə problemlər ortaya çıxarır. Və fərd cəmiyyət arasına çıxmağa utanır. Əslində inkişaf edən bu psixotravmalar Vitiliqonun da artmasına səbəb olur. vit-8

Profilaktika kimi stressli həyat tərzindən uzaqlaşmaq vitiligoya qarşı qoruyucu əhəmiyyətli bir addımdır. Stresslə əlaqədə inkişaf edən vitiliqo əsasən üz kimi yağ sekresiyasının sıx olduğu bölgələrdə ortaya çıxar. vit-7

İmmunitet sistemində inkişaf edən mənfiliklər birbaşa Vitiliqoya səbəb ola biləcəyi üçün immunitet sistemini güclü saxlamaq – yetərincə su içmək, təbii qidalar yeyib kifayət qədər hərəkət etmək, gün işığında gəzişmək lazımdır. vit-2

Fiziki zədələr də vitiliqo yarada bilər. Bu səbəblə fiziki zədələrdən qaçmaq da qoruyucu tədbirlərə aiddir. Şiddətli günəş şüası da bu xəstəliyin səbəblərindənsayılır.
Məşqdə sərt hərəkətlər zamanı yaranan dartınma, sürtünmə  və travmalar  nəticəsində oynaq bölgələrində vitiligo inkişaf edə bilər. Dəridə yaranan iltihablı bir bölgədə də bir müddətdən sonra Vitiliqo görünə bilər. Bu səbəblə müşk qoxulu və ya sinnamik aldehid tərkibli kosmetikalardan, məsamələri bağlayan kosmetik məhsullarından, dezodorantlardan uzaq durmaq lazımdır. Təbii, ən önəmli məqamlardan biri də siqaretdir – bu xəstəlikdən əziyyət çəkənlər və profilaktik tədbir görənlər siqaretdən mütləq uzaq durmalıdırlar. Kolbasa, sosiska kimi qatqı maddələrilə zəngin olan məhsullar və konservlərlə qidalanmaq olmaz. vit-9

Bir çox vitiliqolu xəstələrin müalicəsində çörəkotu toxumu önəmlidir. Çörəkotu yağının sirkəylə birlikdə qarışdırılıb tətbiq olunması ciddi nəticələr verir. Bu üsul İran və Sudanda olduqca istifadə edilən tədbirlərdəndir.
Anti septik və qoruyucu olan berqamut yağının zeytun yağı ilə 1/3 nisbətində qarışdırılıb bədənə hər gecə sürtülməsi bölgədə malanositlerin artdığını sübut edib.

https://www.instagram.com/p/BCvwLcQIAZ9/ Screengrab of Breanna Rice's Instagram of her Vitiligo which she was diagnosed w/ when she was 19 7/25/16 Source: Breanna Rice/Instagram

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hazırda dünyada orta hesabla 30 mln. insan bu xəstəlikdən əziyyət çəkir.
Amma, Vitiliqodan əziyyət çəkənlərin bu xəstəliyin qalıcı olmadığını düşünməsi yetərlidir.  Əmin olun ki, Vitiliqo müalicə olunan xəstəlikdir. Yetər ki, buna inanasınız və tam qüvvənizlə ona qarşı mübarizə aparasınız.

A24.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR