dsc03559

Nakam şairin 30 illik yubeliyi – BİR İGİDİN ÖMRÜ

zs

Mərhumun 30 illik yubileyi… Qəribə cümlədir. Bir insan bu qısa ömür ərzində nə işlər görə bilər ki, illər sonra onun 30 yaşı təkcə ailəsi, yaxınları tərəfindən deyil, böyük bir cameədə anıla?
Azmıdır belə adamlar Azərbaycanda? Asəf Zeynallı 23 yaşında… Mikayıl Müşfiq 29 yaşında… Mübariz İbrahimov 22 yaşında…
Onlar əksər adamların 70-80 ilə eləyə bilmədiyini kiçik ömür kəsiyində görərək zamanın, ömrün nisbi olduğunu görk edir.
Zərdüşt Şəfi nə etdisə, bunu 26 ilə sığdırdı. Bəlkə də onun qısa ömrünə üzülmək də düzgün deyil. Necə ki, şairin anımına toplaşanlardan olan ədəbiyatşünas Seyfəddin Hüseynli deyir: “Onun haqqında keçmiş zamanda danışmayaq. Çünki, onun dünyasını dəyişməsindən 4 il keçməsinə baxmayaraq hələ də, nəşrə hazırlanan hekayələri, romanları qalmaqdadır. Gəlin təsəvvür edək ki, Zərdüşt sağdır və o keçən 4 il ərzində elə hazırda nəşrə hazırlanan mətnləri yazmaqla məşğul olub”.
Şairin dostlarından olan yazar Günel Xəzəl isə Zərdüşt Şəfinin gənc dünyasını dəyişməsinin sanki, Zərdüştün öz hədəfi olduğunu dedi. “Həmişə gənc dünyasını dəyişən şairlərə həsəd aparırdı. Belə şairləri tərcümə edirdi. Onlardan fəxrlə danışırdı. O ölümünü özü gətirdi.”
Zərdüşt Şəfi ilə yaxın olan digər yazar Fərid Hüseyn isə ölümdən yazan şairlərin həyatı, yaşamağı daha çox sevdiyini dedi.
Zərdüşt Şəfinin 30 yaşını anmağa gələn yaxınları onun haqqında xatirlərini bölüşdü, nakam şairin xatirəsini yaşatmaq üçün təkliflərini paylaşdı.

 

dsc03563

Sonda şair, yazıçı İlqar Fəhmi Zərdüşt Şəfinin xatirsinə hədiyyə olaraq maraqlı ədəbi layihə təqdim etdi; təklifə görə yazarlar professiyalarına uyğun Zərdüşt Şəfinin dilindən yazılmış tərzdə şeir və ya nəsr nümunələri yazacaq. Daha sonra şairin doğum və ya xatirə günü ərəfəsində həmin mətnlər kitab formasında nəşr olunacaq.
Yazar Alpay Azər nakam şairin adına gənc yazarlar arasında ədəbi müsabiqə keçirilməsi təklif etdi.

Sərdar Amin, A24.Az

dsc03559

dsc03565

dsc03566

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR