Nardaranda əməliyyat: 32 nəfər saxlanıldı

Nardaranda əməliyyat: 32 nəfər saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə Nardaran qəsəbə sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, əməliyyat martın 1-də keçirilib. Əməliyyat zamanı 32 nəfər saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb.

Sakinlərin sözlərinə görə, əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılmasıdır.

Sabunçu rayon Polis İdarəsi və idarənin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 32 nəfər saxlanılıb. Sabunçu rayon Polis İdarəsində aparılan araşdırmaların nəticəsində 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan 8 nəfər barədə 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. İnzibati həbs edilənlər Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.

Nardaran sakinləri bildirirlər ki, həmin divarlardakı yazılar qəsəbə sakinlərinə qarşı təxribatdır və bu nardaranlıların işi deyil: “Bu, Nardaranda ictimai-siyasi vəziyyəti gərginləşdirməkdə maraqlı olan şəxslərin işidir. Həmin şəxslər bu cür işlərlə Nardaranda aranı qarışdırmaq istəyirlər”.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar