Nardaranlılar İmam Hüseyn meydanını boşaltmağa qərar veriblər

Nardaranlılar İmam Hüseyn meydanını boşaltmağa qərar veriblər
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 29-da Nardaran qəsəbəsinin Hüseyniyyə Məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib.

“a24.az”ın məlumatına görə, APA-nın qəsəbədə olan əməkdaşı xəbər verir ki, Nardaran sakini Natiq Kərimov bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq, hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır.

N. Kərimov camaata meydanı boşaltmağı da təklif edib.

Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar.

Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər.

Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının bu gün boşaldılması haqqında qərar verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar