Nardaranlılar razılığa gəlmədi

Nardaranlılar razılığa gəlmədi
Want create site? Find Free WordPress Themes and plugins.

Nardaranda aparılan danışıqlar bitib.

“A24.az” xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: “Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər.

Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək”.

* * * * *

Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.

Bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı İlqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riayət etmələri xahiş olunub.

Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: “Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar