NATO komanda mərkəzlərini hazırlayır

NATO komanda mərkəzlərini hazırlayır
Want create site? Find Free WordPress Themes and plugins.

NATO, Baltik ölkələri olan Polşa, Rumıniya və Bolqarıstanda komanda mərkəzləri yaradacaq.

NATO-nun Baş katib Cens Stoltenberq, komanda mərkəzlərini keçən ilki mətbuat konfransında açıqladı. Planlaşdırılır ki, komanda mərkəzləri, milli ordu ilə NATO qüvvələri arasında əlaqələndirici rolunu oynayacaq.

Komanda mərkəzlərinin qurulması haqqında qərar, NATO-nun 2014-cü ilin sentyabr ayındaki Uels sammitində verilib. Rusiyaya qarşı yaradılan və öncü birlik ilə bağlantılı işləyəcək mərkəzlərin 2016-cı ilin sonuna qədər hazır olması planlaşdırılır.

Komanda mərkəzlərində ittifaq üzvlərinin göndərəcəyi bir neçə hərbi personal birliyi xidmət edəcək.

Öncü birliyin əsgər sayısı və digər göstəriciləri fevralın 5-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə müəyyənləşəcək. Öncü birlik, iki gün içində fəaliyyət göətərəcəyi NATO ölkəsində yerləşdiriləcək. Eyni zamanda quru qüvvələrdən təşkil ediləcək və lazım olduğunda dəniz və hava qüvvələri ilə təmin ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar