NATO Rusiyanı təhdid etdi

NATO Rusiyanı təhdid etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən il, kiber quldurların NATO əsgərlərinin cib telefonlarına daha tez-tez hücum təşkil etdiyini bildirən NATO Baş Katibi Jens Stoltenberq, hücumların mənbəyi kimi Rusiyanı hədəf göstərib. Artan hücumlardan sonra NATO üzvlərinin müdafiə nazirləri ilə yeni bir komandanlıq strukturunun yaradılmasına və Kiber Əməliyyat Mərkəzinin yaradılmasına qərar verilmişdi.

A24.Az xarici mediaya istinadən xəbər veri ki, aprel ayında İngiltərə Milli Kiber Təhlükəsizlik Mərkəzi, Amerika Federal İstintaq Bürosu (FBI) və Amerikanın Daxili Təhlükəsizlik Nazirliyi rus kiber hücumçularının qlobal miqyasda bir kiber hücum təşkil edəcəyi xəbərdarlıq etmişdi. Bundan başqa, Rusiyanın başda ABŞ-ın nüvə qurğuları və aviasiya sistemləri olmaq üzrə enerji şəbəkələri kimi kritik nöqtələrə kiber hücumlar təşkil etdiyi də iddia edilir. Cümə günü Axios xəbər portalına verdiyi müsahibədə, bloqa qarşı aparılan bir kiber hücum halında kollektiv müdafiə etməyi nəzərdə tutan 5-ci maddəni dövrəyə alıb, almayacaqları sualına Stoltenberq, “Avtomatik olaraq dövrəyə girməyəcək. O, hücumun növündən asılı olacaq”, deyə qeyd edib.

Bütün ittihamları rədd edən Moskva rəhbərliyi isə NATO-nun silahlanma yarışını yenidən başlamaq istədiyini bildirir. Moskva rəhbərliyi iddiaların hamısını isə qeyri-qanuni məhdudiyyət və sanksiyalarla Rusiyanın qarşısını kəsmək və silahlanma yarışını yenidən başlamaq cəhdləri kimi qiymətləndirir. Verdiyi müsahibədə, ittifaqın kiber təhlükəsizlik mövzusunda tədbirlər aldığını bildirən Stoltenberq, kiber hücum qabiliyyətlərinin də inkişaf etdiriləcəyini ifadə edib. Stoltenberq, “Bu hücum maddə 5-in həyata keçirilməsinə imkan yarada bilərmi?” sualına isə “Hücumun xarakterinə görə dəyişir. Nə vaxt hərəkətə keçəcəyimizi dəqiq deyə bilmərəm”, – deyə qeyd edib.

Şimali Atlantika Müqaviləsinin 5-inci maddəsi əsasən, müttəfiqlərdən birinə qarşı edilən hücum, bütün müttəfiqlərə qarşı edilmiş sayılacaq. 5-ci maddə tarixdə yalnız 11 sentyabr hücumlarından sonra tətbiq olunmuşdu.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar