Naxçıvanda mahnı festivalı keçiriləcək

Naxçıvanda mahnı festivalı keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Naxçıvanda mahnı festivalı keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən A24.Az-a verilən məlumata görə, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Gənclik Mərkəzində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı keçiriləcək. İyunun 28-də saat 11:00-da festivalın seçim mərhələsi olacaq. Final mərhələsinə vəsiqə qazanmış iştirakçılar iyunun 29-da saat 14:30-da Bakıdan dəvət olunan müğənnilərlə birlikdə konsert verəcəklər. Həmin gün  qaliblərin mükafatlandırılması mərasimi də keçiriləcək. Festivalda tamaşaçı kimi iştirak etmək istəyən hər kəs Gənclik Mərkəzindəki bu mədəni tədbirdə iştirak edə bilər. Giriş sərbəstdir.

Qeyd edək ki, tədbiri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi birgə təşkil edib

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar