Nazarbayevdən sərt açıqlama — Üçüncü dünya müharibəsi başlayıb

Nazarbayevdən sərt açıqlama — Üçüncü dünya müharibəsi başlayıb
Want create site? Find Free WordPress Themes and plugins.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, üçüncü dünya müharibəsi artıq başlayıb.

A24.Az xəbər verir ki, Nazarbayevin fikrinə əsasən, terrora qarşı mübarizə üçüncü dünya müharibəsi deməkdir.

Nazarbayev qeyd edib ki, beynəlxalq terrorizm dəhşətli miqyasa sahibdir: “Üçüncü minilliyin əvvəlində ölənlərin və terror aktlarının sayı 10 dəfə artıb. 2016-cı ildə 104 ölkədə terror aktı törədilib. Bu, dünyanın yarısından çox deməkdir. Bu isə o deməkdir ki, faktiki olaraq biz üçüncü dünya müharibəsini yaşayırıq. Terrora qarşı savaş gedir. Terror aktları inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə köçür”.

Qazaxıstan prezidenti qeyd edib ki, dünya dövlətləri Yaxın Şərqdə terrora qarşı uğurla mübarizə aparırlar: “Amma başa düşmək lazımdır ki, dağıdılmış terrorçular digər ərazilərə kök atacaqlar. Bu isə bütün Avrasiya üçün ciddi təhdiddir”.

//Ölke.az//

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar