Nazir dopinq qalmaqalından danışdı

Nazir dopinq qalmaqalından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın idman naziri Vitali Mutko ölkədə dopinqlə bağlı yaranan vəziyyətə görə məsuliyyəti öz üzərinə götürüb.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, V.Mutko aparıcı idmançıları müdafiə edəcək sistemin yaradılmasının lazım olduğunu söyləyib: “İdman nazirliyinin başçısı kimi Kulijnikov və Bobrovaya görə məsuliyyət daşıyıram. Mən kollektiv cavabdehliyi bölüşürəm”.

Qeyd edək ki, son günlər meldonium preparatını qəbul etdiklərinə görə bir neçə tanınmış Rusiya idmançısı beynəlxalq yarışlardan kənarlaşdırılıb. Onların arasında məşhur tennisçi Mariya Şarapova, fiqurlu konkisürmə üzrə tanınmış idmançı Yekaterina Bobrova və digər idmançılar var.

Meldonium preparatı Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2016-cı il yanvarın 1-dən qadağan olunmuş preparatlar siyahısına daxil edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar