Nazir müavini: “Azərbaycanda mümkün olmayan əməliyyat yoxdur”

Nazir müavini: “Azərbaycanda mümkün olmayan əməliyyat yoxdur”
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu gün Azərbaycanda xəstəxananın və həkimin seçimi söz yox ki, insanların öz işidir. Dünyanın başqa ölkələrində də bu belədir”- bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında ölkə vətəndaşlarının müalicə və əməliyyat üçün xarici ölkələrə üz tutması ilə bağlı sualı cavablandırarkən deyib.

“A24.az”  məlumat verir ki, onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilməsi mümkün olmayan əməliyyat yoxdur. Azərbaycanda sümük iliyinin transplantasiyasının, orqan nəqli, böyrək, qaraçiyər köçürülməsinin həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığı ilə Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il 264 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar