Nazir müavini vergi ödəməyən müğənnilərdən şikayətləndi

Nazir müavini vergi ödəməyən müğənnilərdən şikayətləndi
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər”.

“A24.az” bildirir ki, bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: “Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur”.

Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

“Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar