A24 Xeber

Nazirlik fermada məskunlaşan ailə bağlı məlumat yaydı – FOTO

Nazirlik fermada məskunlaşan ailə bağlı məlumat yaydı – FOTO
331
06 Dekabr 2018 - 16:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bərdə rayonunda fermada məskunlaşan ailə ilə bağlı məlumat yayıb.

Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlunun yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə A24.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib. O bildirib ki, vətəndaşın ailəsi altı nəfərdən ibarətdir: “Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxs, digər iki üzvü isə əmək qabiliyyətli olsa da heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib”.

“İ.Şahverdiyev sayğacı olmadığı üçün elektrik enerjisindən istifadə edə bilmədiyini qeyd edib. Vətəndaşın mənzilinin sayğac və elektirik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib.

Eyni zamanda ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, özünüməşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək”, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00