Nazirlik idarə rəisini cərimələdi

Nazirlik idarə rəisini cərimələdi
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən A24.Az-a verilən xəbərə görə, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub.

Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyyə üçün nəzərdə tutulan boru xəttindən birbaşa dənizə axıdıldığı müəyyən edilib.

Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində üç min manat məbləğində cərimə olunub.

Belə hallara bir daha yol verilməməsi üçün İdarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar