Nazirlik keçmiş məhkumlara pul payladı

Nazirlik keçmiş məhkumlara pul payladı
Want create site? Find Free WordPress Themes and plugins.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 4253 nəfəri birdəfəlik müavinətlə təmin edib.

“A24.az” nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki. müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Bununla yanaşı, nazirlik tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər həyata keçirilib. Qeyd olunan dövrdə 120 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirlikdən onu da bildiriblər ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aiddirlər. Bununla əlaqədar məşğulluq orqanları tərəfindən belə şəxslərin müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı da həyata keçirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar