Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb
Want create site? Find Free WordPress Themes and plugins.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 
A24.az  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
“Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək”, – deyə nazirlikdən əlavə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar