14810143615697322344_1000x669

Nazirliyin çəkdiyi komediya filmi təqdim olunacaq

Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək.

A24.Az xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR