A24 Xeber

Nebahat Çehre ana olmamasının səbəbini Bakıda olarkən açıqlayıb

“Dünyaya uşaq gətirməmə səbəbim, hər kəsin düşündüyü kimi karyera deyil”

Nebahat Çehre ana olmamasının səbəbini Bakıda olarkən açıqlayıb
1. 125
11 Dekabr 2014 - 11:27

“a24.az”-ın məlumatına görə, Türkiyənin məşhur aktrisası Nebahat Çehre nəyə görə uşaq sahibi olmadığını açıqlayıb. Aktrisa, Azərbyacanda ANS TV-ə müsahibə verərkən bildirib ki, prinsiplərinə zidd olduğu üçün uşaq dünyaya gətirməyib. “Dünyaya uşaq gətirməmə səbəbim, hər kəsin düşündüyü kimi karyera deyil. Kiçik yaşlarımda atamı itirdim. Anamın evləndiyi ikinci kişini isə sevmədim”. Nebahat Çehre, bir uşağın ata və anasının yanında xoşbəxt böyüməli olduğunu bildirib.  Onu da qeyd edək ki, Türkiyənin məşhur aktrisası Nebahat Çehre  “Qanlı Yanvar” bədii filmində rol alıb.

Türkiyə mətbuatı da aktrisanın Bakıdakı müsahibəsini yayımlayıb.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00