"Neftçi" Azərbaycan Premyer Liqasının bombardirini transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasının bombardirini transfer edib
Want create site? Find Free WordPress Themes and plugins.

 “Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

A24.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasında 2017-2018 mövsümünün bombardiri Baqali Dabo ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı hücumçu 9 nömrəli formanı geyinəcək.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Dabo ötən mövsüm “Qəbələ”nin heyətində çempionatda 27 oyunda 13 qol vurub.

“Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Flaqmanın transfer çalışmaları davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar