Neftdən pis "zarafat": Ucuzdan da ucuzlaşacaq - ŞƏRH

Neftdən pis “zarafat”:  Ucuzdan da ucuzlaşacaq – ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya bazarında neftin dəyişkən qiyməti ölkəmizin iqtisadi durumuna da təsirsiz ötüşməyəcək.

Bunu A24.az-a açıqlamasında Vüqar Bayramov bildirib.

O deyib ki,  neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyə başlayıb:

“Brent markalı neftin hər barreli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollaradək azalıb. Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barrel azaltması ilə bağlı açıqlamasıdır”.

 

“Liviya və Nigeriya oktyabrda neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb. Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövhlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər”.- deyə iqtsidaçı daha sonra əlavə edib.

Pərvin Abgül//A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar