A24 Xeber

Neftin qiyməti artdı

Neftin qiyməti artdı
1. 539 oxunma
13 Aprel 2020 - 10:03

OPEC+ sazişi fonunda Londonun İCE birjasında neftin qiyməti bahalaşıb. 

A24.Az xəbər verir ki, bunu birjanın ticarətlər məlumatları əks etdirir. Belə ki, “Brent” markalı neftin qiyməti 2,45% faiz -32,25 ABŞ dollarına qədər artıb. Həmçinin WTI markalı neftin də qiymətində də 0,22% – 22,81 ABŞ dollarına qədər artım müşahidə edilib. 

Qeyd edək ki, ötən həftənin cümə axşamı – aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü keçirilib. Görüşdə neft bazarının sabitliyi müzakirə olunub. İştirakçılar ümumi razılaşmaya nail olmayıblar. Çünki Meksika təklif edilmiş şərtlərdən imtina edib. Ötən gün OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaltmağı razılaşdırıb

ÇOX BAXILAN FOTOLAR