Nəsiman Yaqublu: “Rəsulzadə ilə Düdənginskinin yazışmaları təsdiqləyir ki...”

Nəsiman Yaqublu: “Rəsulzadə ilə Düdənginskinin yazışmaları təsdiqləyir ki…”
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış tədqiqatçı-yazar II Dünya Müharibəsinin gedişində Almaniya ordusunun tərkibinfə vuruşmuş Azərbaycan Legionu və onun rəhbərləri haqqında araşdırmaları davam etdirəcəyini deyir.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Azərbaycan mühacirəti haqqında fundamental tədqiqat əsərlərinin müəllifi olan tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu A24.Az-a müsahibəsində Azərbaycan Legionunun rəhbəri olmuş Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında yazdığı kitab və II Dünya Müharibəsi zamanı Azərbaycan siyasi mühacirətinin fəaliyyətindən bəhs edib.

n-y

Nəsiman Yaqublu

– Azərbaycan Legionunun rəhbəri və II Dünya Müharibəsindən sonra Avropadakı Azərbaycan mühacirətinin əsas simalarından biri olmuş Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında kitab yazmaq zərurəti hardan yarandı?

– Qeyd edim ki, mənim özüm üçün də çox maraqlı olan Azərbaycan Legionu haqqında ilk tədqiqatlarıma hələ Sovet dönəmində başlamışdım. Ötən əsrin 80-ci illərinin sonlarında bu barədə tədqiqatlar aparır, hətta özümü də təəccübləndirən sənədlər aşkarlayırdım. Bu tədqiqatlar çərçivəsində Azərbaycan Legionu tərkibində vuruşmuş həmvətənlərimizlə də görüşüb, onlardan qiymətli məlumatlar əldə etmişdim. Legionla bağlı tədqiqatlarımda, tapdığım sənədlərdə adı mərkəzi fiqur kimi keçən Əbdürrəhman Fətəlibəyli-Düdənginski şəxsiyyətinə yaranan maraq onun barəsində daha geniş araşdırma aparmaq zərurətini doğurdu və nəticədə bu kitab yarandı. Kitabda Düdənginski barəsində Azərbaycan ictimaiyyəti üçün çox maraqlı olan faktlat-materiallar toplanıb və onların geniş ictimaiyyətə çatdırılması vacib idi. Yəni kitabın yazılması qeyd etdiyim bu zərurətdən irəli gəldi.

– Maraqlıdır, çap edildikdən sonra bu kitaba münasibət necə oldu?

– Təbii ki, Düdənginski haqqında yazılmış kitaba münasibət, yanaşma birmənalı olmadı. Kitabın yazılmasını təqdir edənlərlə yanaşı, tənqid edənlər də oldu. Onlar yanlış olaraq hesab edirdilər ki, Düdənginski Alman ordusunun tərkibində vuruşubsa, onu müsbət xarakterizə etmək olmaz. Fikrimcə, belə yanaşmalar daha çox məlumatsızlıqdan irəli gəılirdi. Çünki Azərbaycan müstəqilliyinin bərpasından ötən müddətdə Azərbaycan Legionu və onun rəhbərləri haqqında məlumat yox səviyyəsində idi. Bu məlumatsızlıq isə Düdənginski və digərlərinə yönəlik neqativ münasibətin yaranmasına səbəb olurdu. Əslində isə Düdənski öz xalqının taleyini düşünən, onun sovet işğalından azad olunması uğrunda mübarizə aparan vətənpərvər lider olub. Onun həyatı və mübarizəsi ilə tanışlıq həqiqətən, hörmətə layiqdir.

f-d

– İrəvanda Njdeyə heykəl qoyulmasına Moskvadan çox Bakıda mənfi reaksiya verildi, bu addım pislənildi. O baxımdan, Düdənski haqqında kitab yazmağınız sizi hədəfə çevirmədi ki?

– Əvvəla, Düdənginski ilə Njdeni eyniləşdirmək, müqayisə etmək doğru deyil. Düdənski dediyim kimi, öz xalqının müstəqilliyinin bərpası məqsədi ilə almanlarla əməkdaşlıq edib. Njde isə SS cəza qüvvələrinin tərkibində əmrləri yerinə yetirən bir icraçı olub. Ona görə də, onlarını adlarını yanaşı çəkmək belə yanlışdır.

– Alman mənbələrində Düdənginski şəxsiyyətinə münasibət necə olub?

– Araşdırmalarım zamanı bu məqamı da diqqətdə saxlamışam. II dünya Müharibəsinin gedişində Alman komandanlığının Düdənskinin peşəkarlığını və insani keyfiyyətlərini qiymətləndirən qeydlər var. O cümlədən, müharibədən sonrakı fəaliyyəti də mətbuatın diqqətindən kənarda qalmayıb. Düdənginskinin qətlə yetirilməsinin Alman mətbuatında geniş işıqlandırılması da onun necə əhəmiyyətli fiqur olduğunu təsdiqləyir. Bundan başqa, ABŞ da Düdənginski ilə sıx əlaqələr qurmuşdu və onun qatili də Amerikanın apardığı təhqiqat nəticəsində müəyyən edilmişdi. Mən yenidən yuxarıdakı fikrimə qayıdıram ki, Düdənginski yalnız Azərbaycanın müstəqilliyinin bərpası naminə Hitler Almaniyası ilə əməkdaşlıq edib. Əgər belə olmasaydı, ABŞ onunla münasibət qurmaz, Konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına rəhbər təyin edilməzdi.

– Mətbuatda ara-sıra Azərbaycan mühacirətinin liderləri, xüsusilə də, Məmməd Əmin Rəsulzadə ilə Düdənginski arasında ciddi ziddiyyətlərin olduğu iddia edilir. O fikirlərin əsası varmı?

– Təbii ki, əsası yoxdur. Azərbaycan mühacirəti haqqında danışanda bir məqamı nəzərə almaq lazımdır. Daha yaşlı nəsklə ad mühacirlər müstəqillik dövrünü görüb yaşamışdılar, növbəti nəsil isə sovet hakimiyyətinin möhkəmləndiyi dönəmdə böyüyüb-formalaşmışdılar. Bu baxımdan, onların arasında müəyyən fikir ayrılıqları yaranırdı. Məsələn, Məmməd Əmin Rəsulzadə Azərbaycan Legionunun istisnasız olaraq, Sovet ordusu ilə döyüşməli olduğunu bildirirdi. Düdənginski ilə bu məsələyə daha çox hərbçi kimi yanaşırdı. Amma onların fikirləri nə qədər haçalansa da, məqsədləri birdi – Azərbaycanın müstəqilliyinin bərpası. Rəsulzadə ilə Düdənginski arasında ziddiyyətlərin olduğunu iddianlar bu iki şəxsiyyətin bir-birilərinə məktublarından məlumatsızdırlar. Həmin məktublar təsdiqləyir ki, bu şəxsləri qarşılıqlı hörmətə əsaslanan münasibətləri olub.

– Necə düşünürsünüz, Azərbaycan legionu ilə bağlı yeni araşdırmalar aktualdırmı?

– Hesab edirəm ki, aktualdır və yeni tədqiqatlar aparılmalıdır. İnanın, o dövrün araşdırması ortaya o qədər vacib faktlar çıxarır ki, onların üstündən keçmək mümkün deyil. İstər bütövlükdə Azərbaycan Legionu, istər mühacirətin fəaliyyəti, istərsə də mühacirət liderlərinin həyatı vacib araşdırma mövzusudur. II Dünya Müharibəsindən sonra Avropadakı Azərbaycan mühacirətinin Düdənginskidən başqa, Məcid Musazadə, Cahangir bəy Kazımbəy (1920-ci il Gəncə üsyanının rəhbəri) və digərləri kimi məşhur simaları olub. İctimaiyyətin onların həyat və mübarizəsi haqqında məlumatlandırılmasına ehtiyac var.

A.Zeynalov, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar