Netanyahu: “Davamlı olaraq İranın hücumlarına məruz qalırıq”

Netanyahu: “Davamlı olaraq İranın hücumlarına məruz qalırıq”
Want create site? Find Free WordPress Themes and plugins.

Netanyahu, Hizbullahın Şebaa Fermalarına hücumu zamanı yaralanan İsrail əsgərini ziyarət etdi.

Bu haqda məlumatı İsrail Baş nazirliyinin mətbuat xidməti yayıb. Netanyahu burada etdiyi çıxışında, “davamlı olaraq İranın hücumlarına məruz qalırıq. Bizi buradan çıxartmağa çalışır, ancaq uğurlu ola bilməyəcək. Köklərimizi buraya salacağıq. Dövlətimizi tərəqqi etdirəcəyik və yeni həyat şəraiti yaratmaq üçün çalışacağıq” dedi.

Bundan başqa Netanyahu, “Dünyada və Yaxın Şərqin hər yerində terroru bəsləyən və İsrailə qarşı yeni cəbhələrdə vuruşan İranla davamlı olaraq mübarizə aparırıq” dedi. Baş nazir, “O İran ki güclü dövlətlərlə, nüvə silahlarını inkişaf etdirməsinə imkan yaradacaq şəraiti əldə etmək üzrədir. Biz bu razılaşmaya qarşıyıq, əsl məsələ də budur” sözlərindən istifadə etdi.

Netanyahuya prezident Barak Obamanın özüylə görüşmək istəməməsi ilə bağlı sual verildi. O, suala belə cavab verdi: “ABŞ səfərimlə əlaqədar problemləri həll etmək mümkündür. Ancaq İranın nüvə silahına sahibi olması ilə ortaya çıxacaq problemi həll etmək daha çətin olacaq.”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az