Netanyahu: Hizbullahın arxasında İran var

Netanyahu: Hizbullahın arxasında İran var
Want create site? Find Free WordPress Themes and plugins.

İsrailin Baş naziri Binyamin Netanyahu, Hizbullahın dünən Livan sərhədində İsrail ordusuna aid hərbi korteci vurmasının ardından etdiyi açıqlamada, “Hücumun arxasında İran var” dedi.

Binyamin Netanyahu, bu sözləri İsrailin keçmiş baş nazirlərindən olan Ariel Şaron üçün təşkil edilən anım mərasimində dedi. O, qeyd edib ki, bu hücumların arxasında İran rəhbərliyi dayanır.

İranla 5+1 ölkələri arasındakı nüvə müzakirələrə də münasibət bildirən Netanyahu, İranın 5+1 ölkələri ilə nüvə silahı hazırlaya biləcək gücü qazanmaq üçün razılaşmağa çalışdığını söylədi. Binyamin Netanyahu, bu razılaşmaya qətiliklə qarşı olduqlarını vurğuladı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar