Netanyahu yenidən Putinə zəng etdi

Netanyahu yenidən Putinə zəng etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

A24.Az “İnterfaks”a istinadən xəbər verir ki, telefon söhbəti İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilir ki, Netanyahu bir daha Putinə İl-20 təyyarəsində olan hərbçilərin ölümü ilə əlaqədar başsağlığı verib.

Söhbət zamanı qeyd olunub ki, İsrail hərbçiləri tərəfindən Moskvaya təqdim olunan hesabat Rusiya Müdafiə Nazirliyinin məlumatları ilə düzgün gəlmir.

Putin bildirib ki, Rusiyanın Suriya Hava-Hücumundan Müdafiə sisteminin gücləndirilməsi ilə bağlı qərarı mövcud duruma uyğundur və rusiyalı hərbçilərin təhlükəsizliyinə xidmət edir.

İsrailin Ynet nəşri isə iddia edir ki, söhbət zamanı tərəflər Rusiyanın Suriyaya S-300 kompleksinin verilməsi məsələsini müzakirə ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar