Nəyə görə qasırğalara qadın adı verilir? - SƏBƏBİ - FOTOLAR

Nəyə görə qasırğalara qadın adı verilir? – SƏBƏBİ – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İrina, Katrina, Sandi, İrma bütün bunlar Amerikada yaranan və tuğyan edən qasırğaların adıdır.

Qasırğalara nəyə görə qadın adları verilir?  A24.Az olaraq bunun təsadüfən olub-olmadığından yazacayıq.

Qasırğalar 1950-ci ilədək adlandırılmayıb. Amerikada qasırğaları bir-birindən ayırmaq üçün adlar veriblər. İkinci Dünya müharibəsindən sonra alimlər Avstraliyada qasırğalara sevgililərinin adlarını veriblər.

Amerikada şiddətli qasırğalar olduğundan və qadın adları qoyulduqdan sonra bu məsələ ciddiyyətə minib. Meteoroloqlar bunun səbəbini isə belə açıqlayıblar: “Qadınları da təxmin etmək və kəşf etmək çox çətindi, nə zaman nə qədər zərər verəcəkləri bəlli deyil?”

Uzun müddət qasırğalara qadın adlarının verilmə prosesi davam edib. 1978-ci ildə feminist qruplar etiraz etməyə başlayırlar və qasırğaya kişi adları da verilməyə başlanır. Baş hərfi q, u, x, y, z istisna olmaqla, 1 il ərzində 21-dən çox qasırğa olarsa, onların ən güclülərini adlandırmaq üçün yunan əlifbasındakı hərflərdən istifadə edilir. Yəni bu qasırğaların çoxuna əvvəlcədən ad hesablanıb. Dünya meteoroloji təşkilatı 6 illik qasırğaların adlarının siyahısını öncədən hazırlayır.

Картинки по запросу storm

Qadın adlarının qasırğalara dalbadal verilməsi isə təsadüfdür. Ən şiddətli qasırğaların adları təsadüfən siyahıdakı adlara dəng gəldiyi üçün insanlarda yanlış təffəkkür formalaşıb. Məsələn, 2023-cü ildə 2017-ci ildəki qasırğaların adları yenidən istifadə edilə biləcək.

Yeri gəlmişkən, gələcəkdə qasırğalara veriləcək adları bu linkdən görə bilərsiniz. 

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma, Maraqlı, Foto xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar