Neytral zonada qalan cəsədlərin götürülməsi barədə razılıq əldə edildi - ATƏT BƏYANAT YAYDI

Neytral zonada qalan cəsədlərin götürülməsi barədə razılıq əldə edildi – ATƏT BƏYANAT YAYDI
Want create site? Find Free WordPress Themes and plugins.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ) və Stefan Viskonti (Fransa) son günlərdə Ermənistan və Azərbaycanın təmas xəttində gərginliyin artması ilə bağlı bəyanat yayıb.

A24.Az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan və Azərbaycan Müdafiə Nazirliklərinin yaydığı məlumata əsasən, 25 fevral səhər saatlarda təmas xəttində ciddi pozuntu qeydə alınıb və bir neçə nəfər zərər çəkib. Bir neçə əsgərin nəşi də neytral zonada qalıb.  Tərəflər bir-birini diversiya cəhdində ittiham edir.

Həmsədrlər tərəfləri indiki mövqelərində təmas xəttindən irəli çəkilmiş ağır texnikanı aparmağa və həlak olanların cəsədlərini götürmək üçün imkan yaratmağa çağırırlar. Bununla bağlı ATƏT-inin qüvvədə olan sədri Anjey Kasprşik müəyyən vaxt təyin edib. Həmsədrlər hər iki tərəfi öz üzərinə düşən öhdəliyi yerinə yetirməyə və tərəfləri güc tətbiq etməməyə çağırır”.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə cəbhədə erməni tərəfinin törətdiyi təxribat nəticəsində ordumuzun 5 hərbçisi şəhid olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar