Nihat Doğan verilişdə azərbaycanlıya hirsləndi: "Nə fərqi var azəri, ya da azərbaycanlı..." - VİDEO

Nihat Doğan verilişdə azərbaycanlıya hirsləndi: “Nə fərqi var azəri, ya da azərbaycanlı…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə yayımlanan “Söylemezsem olmaz” verilişində tanınmış müğənni Nihat Doğan şərh yazan azərbaycanlıya hirslənib.

“A24.az” bildirir ki, verilişin əvvəlində Azərbaycan xalqının qonaqpərvərliyini, insanları sevindirmək üçün hədiyyə etmələrini təfirləyən Nihat Doğan azərbaycanlılara “azəri” deyə müraciət edib.

Daha sonra verilişin davamında sosial səhifəsinə gələn şərhi oxuyan Nihat Doğan bərk əsəbləşib:

“Azərbaycandan bir qardaşımız yazıb. O termini sənə heç yaraşdırmadım, çox ayıb olsun. Biz Azərbaycana dəyər verdik, 10 dəqiqədir Azərbaycandan, insanlarının gözəlliyindən danışırıq. Bir az gözəl şeylər görün, pis şeyləri görməyi buraxın. Hər şeydən bir şey çıxartmayın. “Allah razı olsun, nə gözəl danışdın” deyin. Yoxsa “Nihat qardaş, bizə azəri deməyin, biz azəri deyilik…” Nə fərqi var, azəri, ya da azərbaycanlı olsan?!”

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar