Nikolay Bordyuja: “Təmas xəttindəki gərginliyə hərbi yolla reaksiya verməyimiz mümkün deyil”

Nikolay Bordyuja: “Təmas xəttindəki gərginliyə hərbi yolla reaksiya verməyimiz mümkün deyil”
Want create site? Find Free WordPress Themes and plugins.

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2014-cü il ərzində və bundan əvvəl də münaqişə zonasında baş verən gərginliklərlə bağlı dəfələrlə bəyanat yayıb. Həmin bəyanatlarda münaqişənin yalnız sülh yolu ilə həll olunmasına çağırışlar öz əksini tapıb”.

“A24.az” məlumat verir ki,  bunu “Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib

Ermənistan jurnalistinin bu ilin yanvar ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliklərə KTMT-nin niyə reaksiya verməməsi ilə bağlı sualını cavablandıran baş katib bildirib ki, həm 2014-cü ildə, həm də ondan əvvəlki illərdə münaqişə zonasında baş verən gərginliklərlə əlaqədar KTMT, o cümlədən Rusiya XİN tərəfindən bəyanatlar verilib: “Bu bəyanatlarda biz KTMT olaraq öz mövqeyimiz açıq bildirmişik. Siz istəyirsiniz ki, biz hərbi yolla reaksiya verək? Xeyir, bu, mümkün deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərirlər. O ki qaldı KTMT-yə, keçən il Rusiya təşkilata sədrlik edən ölkə olub. Ötən ilin avqust ayında Rusiya prezidenti Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Həmin görüşdə münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Bu, həm də KTMT-yə daxil olan dövlətlərin mövqeyidir”.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar