Niqablı İŞİD-çilər yaxalandı – VİDEO

Niqablı İŞİD-çilər yaxalandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya-Türkiyə sərhədində qara qiyafədə olan “qadınlar qrupu” saxlanılıb. 

“A24.az” “aznews.az”a istinadən bildirir ki, hadisə Manbica adlanan ərazidə qeydə alınıb. Saxlanılan şəxslərin, əslində, qadın paltarlı kişilər olduğu məlum olub. Araşdırmalar zamanı ənənəvi müsəlman geyimi niqabdan istifadə edərək maskalanmağa çalışan şəxslərin İŞİD terror qruplaşmasının üzvü olduğu üzə çıxıb.

Terrorçuları bu addımı atmağa məcbur edən səbəb isə Manbicanın son zamanlar tamamilə mühasirəyə alınmasıdır. Təhlükə səbəbindən terrorçular maskalanaraq ərazini tərk etməyə cəhd ediblər. Lakin boyanmamış gözləri və formaya salınmamış qaşları onları ələ verib.

Xatırladaq ki, terrorçuların qaçmaq üçün qadın cildinə girməsi faktı ilk dəfə qeydə alınmır. Bundan öncə də onlarla terrorçu Aleppodan qaçmaq üçün don geyinmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar