Niyə gözəl qadınların yanında eybəcər kişilər olur?

Niyə gözəl qadınların yanında eybəcər kişilər olur?
Want create site? Find Free WordPress Themes and plugins.

Nəyə görə əsasən çox gözəl qadınların yanında çirkin kişilər görürük? Hansı səbəbdən o cütlüklərin əlaqələri daha uzun ömürlü olur?

Hollywood ulduzlarında da vəziyyət eynidir, Adriana Lima – Marko Jaric, Heidi Klum – Seal və daha bir çox gözəl qadın və s. Mütəxəssislər belə qərara gəliblər ki, çirkin kişilər qadınları daha çox xoşbəxt etdikləri üçün məhz qadınlar onları seçirlər.

Çirkin kişinin aldatma ehtimalı yoxdur…

ABŞ-dakı “Tennessee” Universiteti mütəxəssislərinin 82 cütlüyün evliliyini beş il boyunca izləyərək həyata keçirdikləri araşdırmaya görə, yoldaşı özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt və daha güvəndə hiss edirlər.

Mütəxəssislər, yoldaşından daha cazibədar olan bir kişinin kiçik eşqbazlıqlar etmə şansının daha çox olduğunu, belə bir xəyanət ehtimalının isə qadının xoşbəxtliyini pozduğunu söyləyirlər.

Sosial əlaqələr professoru Albert Daniel isə çirkin olan kişilərin qadınlarına daha çox sahib çıxdığını və bu qadınların həyat yoldaşı seçimində özlərindən daha çirkin kişiləri seçməsində böyük rol oynadığını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar