Nobel mükafatçısı Bakıda məruzə ilə çıxış edib

Nobel mükafatçısı Bakıda məruzə ilə çıxış edib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) TədrisTerapevtik Klinikasında Nobel mükafatçısının iştirakı ilə tədbir keçirilib.

A24.Az Milli.Az-a istinadən xəbər verir ki, V Bakı Beynəlxalq Humanitar Forumuna qonaq qismində qatılan israilli professor Avram Herşko Azərbaycan Tibb Universitetini ziyarət edib.

ATU rektoru Gəray Gəraybəyli A.Herşkonu ali məktəbin fəxri qonağı adına layiq görüb, onu diplom və universitetin medalı ilə təltif edib.

Daha sonra söz alan professor Avram Herşko öncə tədbir iştirakçılarına özü haqqında məlumat verib. “Burada olmaqdan çox məmnun olduğumu bildirmək istəyirəm. Azərbaycanda Tibb Universitetində gənc həkimlərin, rezidentlərin arasında olmaq mənə çox xoşdur. Hazırda Hayfa şəhərində Rappaport İnstitutunun və Nyu-York Universitetinin professoruyam. Azərbaycan və İsrail balaca ölkələr olsalar da, beynəlxalq əlaqələr istiqamətində böyük addımlara malikdirlər. İki ölkə arasındakı işgüzar münasibətlər inkişaf edir”.

Daha sonra israilli professor mühazirə ilə çıxış edib, mühazirə ətrafında sual-cavab aparılıb.

Qeyd edək ki, Avram Herşko İsrailin Hayfa şəhərində Rappaport Universitetinin və Nyu-York Universitetinin bioüzvi kimya üzrə professordur. O, digər israilli kimyaçılar Aaron Çexanovervə İrvin Rouzla birgə 2004-cü ildə biokimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar