Nümayiş xarakterli intiharlara görə hansı cəza verilir?...

Nümayiş xarakterli intiharlara görə hansı cəza verilir?…
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər intiharlara cəhd edən şəxslərin sayı artıb. Elə dünən Yasamal rayonunun Zahid Xəlilov küçəsində bir nəfər intihara cəhd etmişdi. Buna səbəb kimi binalarında aparılan söküntü işlərini göstərmişdi. 

Vaxtilə Koroğlu körpüsü sözün əsl mənasında  “intihar körpüsü”nə çevrilmişdi. Amma intihara cəhd edən şəxslərin arasında belə desək, “aktyorluq edən, özünü göstərən” insanlara da rast gəlinir. Buna demonstrativ, yəni nümayiş xarakterli intiharlar deyilir. Bəs belə şəxslər niyə cəzalandırılmır? Ətrafda olan vətəndaşları qorxu içində dəqiqələrlə, bəzən saatlarla həyəcanda saxlayan bu “ aktyorlar”a müəyyən cəza tətbiq olunurmu?
A24.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bildirib ki, hazırda belə cəza tətbiq olunmur:
“Belə bir cəzanın verilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb”.
Psixoloq Orxan Oruc bildirib ki, intihara cəhd halları bunu canlı görən şəxslərdə ölümün qaşla-göz arasında olduğu hissi yaradır:

“Hadisə şahidi olmuş şəxslərin çoxu həmin olayların təsirindən uzun müddət çıxa bilmirlər. Bu təsir hadisənin şahidi olmuş şəxslərdə ailə münasibətlərində, iş həyatında da özünü göstərir”.

Psixoloq qeyd edib ki, demonstrativ (nümayiş) xarakterli intiharlara cəhd edən şəxslərin müəyyən məqsədi olur və onlar bu məqsədə çatmaq üçün həmin addımı atırlar: “Bu məqsədlərə nəyisə əldə etmək, öz fikrini qəbul etdirmək və hətta bu yolda öz canına qəsd edə biləcəyini göstərmək misal ola bilər. Xüsusən xanımlarda demonstrativ xarakterli intiharlara daha çox rast gəlinir”.
Psixoloqun sözlərinə görə intiharın demonstrativ xarakterli olmasını müəyyən etmək çətin olur.

“Həmin insanın vəziyətini nəzərə alıb üzərinə çox gedilmir. Ancaq qanunvericilikdə nəzərdə tutulub ki, kimisə nəyəsə nail olmaq məqsədilə özünü öldürəcəyi ilə hədələmək cinayət məsuliyyətinə səbəb olur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar