Nuşirəvan Məhərrəmli yenidən sədr seçildi

Nuşirəvan Məhərrəmli yenidən sədr seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. “MTRŞ-dan “a24.az”a verilən məlumata görə, “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının  üzvü Məhərrəmov  Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib. 

Xatırladaq ki, yanvarın 26-da Prezident İlham Əliyev Nuşirəvan Məhərrəmovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Nuşirəvan Umud oğlu Məhərrəmov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm

Müzakirə

A24.Az