“O səs Türkiyə”dəki azərbaycanlılardan müraciət: “Haqsızlıq yoxdur”

“O səs Türkiyə” yarışına qatılan azərbaycanlı ifaçılar Pərvaz İbrahimli və Mehman Tağıyev videomüraciət ediblər.

A24.Az istinadən bildirir ki, yarışda iştiraklarını davam etdirən müğənnilər bildiriblər ki, onlara qarşı heç bir haqsızlıq edilməyib:

“Əziz dostlar, sizdən xahişimiz rəy bildirəndə bizi də düşünün. Biz də sizin adınızdan buradayıq. Bilmənizi istəyirik ki, yarışda bizə qarşı planlaşdırılmış və ya qəsdən edilən bir sıxışdırma yoxdur”.

Qeyd edək ki, “O səs Türkiyə”yə qatılan və birinci turdan keçən Zülfü Əsədzadə, Gülşən İbadova, İlham Nəzərov, Müşviq Əliyev yarışı uduzaraq tərk ediblər. İfaçılar bunu onlara qarşı haqsızlıq adlandırıblar. Onların bu addımı qalmaqala səbəb olub.//axsham.az//

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR