Oğurladıqlarını kasıbların pəncərəsindən içəri atır, uşaq evlərinə pul göndərirdilər - Qadın "vorzokon"lar

Oğurladıqlarını kasıbların pəncərəsindən içəri atır, uşaq evlərinə pul göndərirdilər – Qadın “vorzokon”lar
Want create site? Find Free WordPress Themes and plugins.

“Oğru dünyası” deyəndə ağlımıza  təbii ki, ömrünün çox hissəsini həbsxanada keçirən, bədəni kriminal şəkillərlə zəngin kişilər, kriminal avtoritetlər gəlir. Amma “oğru aləmi”nin qadın üzvləri də olub, hazırda da var. Azərbaycanda da belələri az deyil.

A24.Az Azərbaycanın kriminal aləminin qadın üzvləri ilə bağlı kiçik araşdırmasını təqdim edir:

Klara Yusifzadə və ya Zerkalo Klara

Zerkalo Klaranın əsl adı Klara Yusifzadədir. 1934-cü ildə Şuşada, Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirib. “Zerkalo” ləqəbi isə ona çox gözəl xanım olduğu üçün verilib. Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan” və “Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi “banda”nın üzvü olub.

Qızılbarmaq Fatma 

“Qızılbarmaq Fatma” ləqəbi ilə tanın Fatma Əliyeva 1939-cu ildə Bakıda anadan olub. Ləqəbinin çox maraqlı hekayəsi var. Belə ki, günlərin birində Biləcəri qəsəbəsində yaşayan bir qadın Fatma Əliyeva ilə görüşür. Qadın bel hissəsində güclü ağrı olduğunu və Fatmadan əlini ağrı olan hissəyə çəkməyi xahiş edir. Fatma əlini bir müddət ağrı olan hissədə saxlayandan sonra qadının ağrıları keçir. Bu hadisədən sonra onu “Qızılbarmaq Fatma” deyə çağırırlar.

Qızılbarmaq Fatma ziyalı ailəsində doğulub. Ata və anası Bakıda tanınmış həkim olan Fatma 6 uşaqlı ailənin ən kiçiyi olub. 1 yaş 8 aylıq olanda anasını itirib. Anasının vəfatından sonra bibisinin himayəsində qalan Fatma yni həyat tərzinə öyrəşə bilmir. O, ilk vaxtlar bibisinin ərinin yanında qəssab köməkçisi kimi işləyir. 13 yaşında ikən nəzarət altında yaşamağı sevməyən qız evdən qaçmağa qərar verir. Bir gün dənizkənarı parkda oturarkən bir qadınla rastlaşır. Qadın “Qara volqa”nın Rübabəsi imiş.  Elə “Oğru dünyası” ilə tanışlığı da həmin vaxt başlayır.

“Qızılbarmaq Fatma”nın iki oğul övladı dünyaya gəlsə də  hər ikisi şəhid olub. Fatma Əliyeva sonralar 7 günlük oğlan uşağı övladlığa götürüb. Lakin bu dəfə də övlad sarıdan bəxti gətirməyib. 12-13 yaşlarına çatanda uşaqda ruhi xəstəliyin əlamətləri hiss olunur, həkimlər ona ruhi xəstə diaqnozu qoyur. Onsuz da həyatdan kifayət qədər zərbə alan qadın hadisədən sonra demək olar ki, həyata inamını itirir və xəstəliyə düçar olur. İki dəfə infarkt keçirir və bir müddət hərəkətini belə itirir.

“Qara Volqa” adlı məşhur oğru dəstə

“Qara Volqa” Bakıda ötən əsrin 50-ci illərində cinayətlər törədən dəstənin adıdır. Qətl, qarət və oğurluq əməllərini böyük peşəkarlıqla həyata keçirən “Qara volqa” cinayətkar qrupu bütün SSRİ miqyasına səs salıb. Soyğunları həyata keçirərkən yalnız varlı kütləni hədəf alıb və yığdıqlarını kasıblara paylayıblar.

Dəstə üzvləri ələ keçirdikləri qənimətlərin çoxunu uşaq evlərinə göndərir, kasıb insanların pəncərələrindən içəri qızıl, zinyət əşyaları və pul atırlarmış. Bəzi mənbələrdə dəstənin uşaq evlərindən birinə 700 min rubl göndərməsi və paketin üzərinə “Sadəcə uşaqlara xərcləyin” sözlərinin yazılması barədə məlumatlar var. Dəstə çətinliklə də olsa yaxalanıb. Cinayətkar qrup ələ keçəndə qrupa rəhbərlik edən şəxsin  “Pəncəli Aslan” ləqəbli Laləzar Mustafayeva adlı qadın olması hər kəsi şoka salıb.

 

Onlar soyğunçuluq və cinayətləri  elə incəliklə və heç bir iz buraxmadan törədiblər ki, heç kəs dəstə rəhbərinin qadın olacağını ağlına belə gətirməyib. Dəstə tutularkən əldə etdikləri qənimətləri uşaq evləri və kasıblara paylamaları onları ölüm cəzasından xilas edib. “Pəncəli Aslan” 15, digər dəstə üzvləri isə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Sonralar  yazıçı Cəmşid Əmirov cinayətkar qrup barəsində “Qara volqa” detektiv əsərini yazıb. Əsər əsasında film də çəkilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Kriminal, Araşdırma, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar