Öldürülən terrorçuların sayı 2018 oldu - "Zeytun budağı" 37-ci günündə...

Öldürülən terrorçuların sayı 2018 oldu – “Zeytun budağı” 37-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (25 fevral 2018) 37-ci günündədir.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatın başladığı gündən bu yana  öldürülən terrorçuların sayı 2018 olub.

Həmçinin ötən gün həyata keçirilən əməliyyat zamanı TSQ və ASO Afrinin şimal-qərbində yerləşən Şeyh Muhammədli, Dudu, Semalık, Velikli, Kavanda kəndlərini terrorçulardan təmizləyib. Beləliklə, Türk Ordusunun terrorçulardan təmizlədiyi mövqelərin sayı 108 olub.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar