Olimpiya çempionu: "Azərbaycana medalla qayıdacağımla fəxr edirəm"

Olimpiya çempionu: “Azərbaycana medalla qayıdacağımla fəxr edirəm”
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu, mənim üçün həm böyük yarış, həm də böyük məsuliyyət idi. Azərbaycan Gimnastika Federasiyasının mənə ölkəmizi təmsil etməyi etibar etməsinə görə şadam”.

A24.az xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan gimnastı Yelizaveta Luzan deyib. Qarışıq qrup üzrə komanda yarışında qalib olan idmançı yeni formatın çox maraqlı olduğunu söyləyib: “İlk dəfədir bu cür böyük yarışda iştirak edirəm. İndiyə qədər lentlə hərəkətlərdə finala vəsiqə qazandığım Avropa çempionatında olmuşam. Bu cür komanda yarışı ilk dəfədir keçirilir. Bu, çox maraqlı formatdır. Fəxri kürsüyə yüksəlməyimiz çox yaxşı oldu. Qalib gələn bir komandanın tərkib hissəsi olmağım və Azərbaycana medalla qayıdacağımla fəxr edirəm”.

Y.Luzan idmançılara yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Bizim üçün hər cür şərait yaratdığı üçün minnətdaram. Milli Olimpiya Komitəsinə və bizə dəstək olan Argentina publikasına da təşəkkür edirəm”.

Qeyd edək ki, Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb.

Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar