Olimpiya çempionumuz avtomobili ilə bir ailəni vurdu – FOTO + VİDEO

Olimpiya çempionumuz avtomobili ilə bir ailəni vurdu – FOTO + VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Yasamal rayonunda bir ailənin bütün üzvlərini avtomobil vurub.

A24.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. 68 yaşlı Lyudmila Şubina idarə etdiyi Honda markalı avtomobillə Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov, həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni vurub. Hadisədən sonra sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonra amblator müalicəyə buraxılıb. Polis sürücünün ifadəsini alandan sonra onu sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qeyd edək ki, 68 yaşlı Lyudmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatılıb. Yarışların son turunda Sovet İttifaqının yığması Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub edib və XXI Yay Olimpiya Oyunlarının çempionu olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar